XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

30 Oktyabr 2018 - 09:02

Sergey Şoyqudan hədə dolu bəyanat:"Heç kəs bu qərarın Avropa üçün ciddi fəsadlar verəcəyini anlamır”

“Vaşinqtonun nüvə silahları sazişindən çıxması Avropa üçün ciddi fəsadlar yarada bilər”. Bu xəbərdarlıqla Rusiyanın müdafiə naziri Sergey Şoyqu çıxış edib. O, oktyabrın 20-da Moskvada səfərdə olan yunanıstanlı həmkarına deyib ki, Avropa Birliyi və NATO ABŞ-ın 1987-ci ildə imzalanmış Ortamənzilli Nüvə Silahları (INF) Sazişindən çıxmasını fəsadlarını götür-qoy etməlidir.

Sözügedən sənədi ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan və Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçov imzalayıb.

“Mənə elə gəlir ki, Avropada heç kəs bu qərarın Avropa üçün ciddi fəsadları verəcəyini anlamır”, – Şoyqu deyib.

Ötən həftə Rusiya Prezidenti Vladimir Putin xəbərdarlıq etmişdi ki, Birləşmiş Ştatlar sazişdən çıxarsa, Rusiya NATO-nun istənilən üzvünü hədəfə ala bilər. ABŞ Prezidenti Donald Tramp sazişdən çıxmaq niyyətini Rusiyanın 2014-cü ildən bəri onu pozmasıyla izah edir. Rusiya isə bu iddiaları rədd edir.

(Azadlıq radiosu)