XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 16:49

Bəşər Əsəd:«Onlar terrorçu və xaindilər»

«Tərkibi Səudiyyə Ərəbistanında müəyyənləşdirilən suriyalı müxaliflərin nümayəndə heyəti terrorçulardan və xainlərdən ibarətdir. Onlar müstəqil qərar vermək iqtidarında deyillər».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatda Suriya prezidenti Bəşər Əsəd çıxış edib.

Əsəd bildirib ki, terrorçularla danışıq aparmaq fikrində deyil:

«Terrorçularla heç bir dövlət danışıq aparmaq istəməz. Biz də istəmirik. Müxalifətdən olan nümayəndə heyəti qərarların qəbuluna təsir edə biləndə Suriya dialoqu da baş tutmuş olacaq».

Xatırladaq ki, yanvarın sonlarında Cenevrədə keçirilən danışıqlarda Suriya müxalifətindən iki qrup iştirak edirdi. Onlardan biri  Moskva və Qahirə, digəri isə Ər-Riyad görüşünün yekunu olaraq yaradılmışdı.