XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

30 Oktyabr 2018 - 17:47

Monqolustan prezidentindən şok bəyanat:"Parlament özünü buraxdığını elan etməsə, aclıq edəcəm"

“Böyük Xalq Xuralı (parlament) özünü buraxdığını elan etməsə, aclığa başlayacaq, yaxud da fərdi qaydada piketə çıxacağam”.

“Kommersant” xəbər verir ki, bunu C1 dövlət telekanalının canlı efirində Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa bildirib.

Dövlət başçısı Xural və hökumət tərəfindən onun tənqidlərinə laqeyd münasibətə, parlamentin özünü buraxmaq məsələsini müzakirə etmək təklifinə fikir verməməsinə hansı cavab addımları atacağı haqqında suala “Aclığa başlamaq. Görün nə günə qalmışıq” deyib.

Xatırladaq ki, X.Battulqa müxalifətdəki Demokrat Partiyasını təmsil etdiyi halda, Böyük Xalq Xuralında üstünlük ta 1920-ci illərdən Monqolustan Xalq İnqilabçı Partiyası adı ilə hakimiyyətdə olan, 80-ci illərin demokratikləşmə dövründə isə Monqolustan Xalq Partiyasına çevrilən keçmiş komunistlərə məxsusdur/Report.