Prezident İlham Əliyev bu gün Dövlət Gömrük Komitəsinin Akademiyası ilə bağlı iki sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, İsmayıl Ağa Qulu oğlu Ələkbərov Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Qulu Novruz oğlu Novruzov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilib.