XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

30 Oktyabr 2018 - 18:16

Avropa İttifaqı:"Heç kəs hansısa həll variantını sırıya bilməz"

“Avropa İttifaqının (Aİ) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyi aydın və dəyişməzdir – İttifaq ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir”.

Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Pyotr Svitalski jurnalistlərin müraciətinə uyğun olaraq, ABŞ-ın Yerevandakı keçmiş səfiri Riçard Maylzın işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasının vacibliyi barədə bəyanatını şərh edərkən deyib.

“Həmsədrlər Yerevanda görüşlər keçirdi və biz onların səylərini yüksək qiymətləndiririk. Bizim üçün aydındır ki, münaqişənin həllini danışıqlar yolu ilə münaqişə tərəflərinin özləri tapmalıdırlar. Heç kəs hansısa həll variantını sırıya bilməz. Nikbinliyimizi itirmirik və ümid edirik ki, nə zamansa münaqişənin həllinə nail olacağıq”, – deyə, Aİ-nın rəsmisi bəyan edib.

Xatırladaq ki, Ermənistandakı səfir səlahiyyətlərini başa vurmağa hazırlaşan Riçard Maylz  bu günlərdə bəyan etmişdi ki, “işğal edilmiş ərazilərin bir hissəsi Azərbaycana qaytarılmadan Qarabağ münaqişəsi həll oluna bilməz. Məni təəccübləndirən odur ki, həmsöhbət olduğum ermənilərin əksəriyyəti qəti şəkildə, danışıqların predmeti kimi işğal olunmuş torpaqların geri qaytarılmasına qarşı çıxırlar. Ermənistanda münaqişənin nizamlanmasına aparacaq mümkün güzəştlər barədə ümumiyyətlə heç bir müzakirə getmir. ABŞ hökuməti artıq uzun illərdir əmindir ki, həmin ərazilər gələcəkdə “sülh əvəzinə ərazilər” formulunun istifadəsi üçün işğal olunub”.(Azvision.az)