XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2015 - 04:55

Vəfa Quluzadədən ermənilərə çağırış: “Azərbaycanla sülh bağlayın!” – AÇIQLAMA

VAFA.jpg

“Ermənistan başa düşməlidir ki, onun salamat qalması, inkişaf etməsi üçün yeganə şansı – Azərbaycanla əlaqələri bərpa etmək, Türkiyə ilə sərhədləri açmaq, münasibətlər qurmaqdır. üstəlik, ermənilər başa düşməlidirlər ki, onların dünyada dostu yoxdur. Bütün özünü dost kimi göstərənlər erməniləri, erməni məsələsini öz milli maraqları üçün istifadə edirlər, onları fırladırlar”.

Strateq.az bildirir ki, bunu keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə müsavat.com-a açıqlamasında bildirib.

“Onsuz da hər şey çoxdan məlumdur, “soyqırım”ın 100 illiyi ortaya yeni heç nə qoya bilmədi. Əgər Ermənistanda ermənilərin marağını nəzərə alıb, müstəqil, bu ölkənin siyasətinə təsir edənlər, Moskvanın iradəsinə qarşı çıxan qüvvələr varsa, onlar gərək bu 100 illikdən nəticə çıxarsınlar”.

“Qlobal baxımdan ermənilər başa düşməlidir ki, əgər onlar gələn 200 illiyi gözləsələr, deməli, daha 100 il cındır vəziyyətdə, ölkələrinin dağılması halında yaşamalı olacaqlar. Bu yolla onlar heç bir şey əldə etməyəcəklər”.

Politoloq ABŞ-ın da eyni siyasətdən yararlandığını vurğuladı: “Vaşinqton erməni məsələsindən öz maraqları üçün istifadə edir. Onlar Ermənistana 3-4 milyonluq yardım edir ki, bu ölkə qudurmasın. Amerika heç də Ermənistanın çiçəklənən, inkişaf etmiş dövlət olmasını istəmir. çünki Ermənistanın inkişafı ona lazım deyil. Amma Amerika da Qarabağ məsələsindən istifadə edib Azərbaycana təsir etmək istəyir, ermənilərin “soyqırım” iddiası ilə Türkiyəni hədələyir. İndiyə qədər ABŞ-ın bütün prezidentlərinin “soyqırım”ı tanıyacağına ermənilərin inamı olsa da, bu, baş verməyib. Amerikanın gələcək prezidenti də bundan istifadə edəcək ki, “Türkiyə, özünü yaxşı apar, yoxsa soyqırımı tanıyaram”. Ermənistan onlara bunun üçün lazımdır. Heç kim düşünmür ki, Ermənistan yazıqdır, elə edək onlar da normal həyat yaşasınlar. Bunu gərək ermənilər özləri düşünsünlər. Gərək anlasınlar ki, bu müharibəni ermənilərə də sırıyıblar.

Böyük beyin mərkəzlərinə malik olan Rusiya erməni problemini, Qarabağ problemini özünün milli maraqları üçün yaradıb. Bu milli maraqlar isə erməni milli maraqlarının əleyhinədir. Əgər ermənilər xilas olmaq istəyirlərsə, bu həqiqəti dərk etsinlər, nə Minsk Qrupu, nə hansısa dövlətlə məsləhətləşmədən Azərbaycanla sülh bağlasınlar. Qoy onlar Azərbaycanın işğalda saxladığı torpaqları azad etsinlər, Türkiyə ilə sərhədləri açsınlar. Onda Ermənistan dirçələ biləcək. Əks təqdirdə ermənilərdən başqa dövlətlər öz maraqları üçün istifadə edəcəksə, Ermənistan heç nəyə nail ola bilməyəcək, ermənilər gündən-günə pis vəziyyətə düşəcək. Ona görə də Qarabağ məsələsinin həllində ermənilər öz milli maraqları uğrunda döyüşə bilmədiyinə görə hansısa irəliləyiş görmürəm.

Qarabağ məsələsini Azərbaycan və Ermənistan həll etməlidir. Türkiyə ilə sərhəd məsələsini də Rusiya diktə etməməlidir. Lavrov bilirdi ki, İrəvan Sürix protokollarına qol çəkəcək, amma ermənilərin soyqırım və ərazi iddiaları qala-qala Türkiyə ilə sərhədlər açılmayacaq. Amma heç kim ermənilərə demir ki, siz 80 milyonluq Türkiyədən nə təzminat, nə də torpaq ala bilməyəcəksiniz. Əgər 1994-cü ildən Bakı ilə İrəvan arasında sülh bərqərar olsaydı, Ermənistanın üzərindən neft boru kəmərləri, başqa tranzit xətləri keçəcəkdi. O zaman Ermənistan Türkiyədən istədiyi təzminatlardan qat-qat artıq qazanc əldə edəcəkdi. O halda ayaqaltı dövlət olmayacaqdı ki, hər keçən onun başını soyqırımı məsələsinə görə sığallayıb sonra da ayağını ola silməyəcəkdi. Mən ermənilərə çağırış edirəm, ağıllarınızı başınıza yığın!”