XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

30 Oktyabr 2018 - 21:05

Zurabişvili təkrar seçkiyə hazırdır:"Gürcüstanı Rusiyaya güzəştə getməyəcəyəm”

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili prezident seçkilərinin ikinci turuna hazır olduğunu bildirib.

Bu barədə o,  keçirdiyi brifinqdə deyib.

S.Zurabişvili prezident seçkilərində onu dəstəkləyən seçicilərə və hakim partiyanın fəallarına minnətdarlığını bildirib: “Seçkilərin birinci turunda birinci yerə çıxmaq qələbədir. Mən namizədliyimi geri götürməyi düşünmürəm. Mən ölkəm və xalqıma sonsuz sadiqəm. Buna görə də ikinci turda mübarizə aparmağa hazıram. Gürcüstanı Vaşadze və Rusiyaya güzəştə getməyəcəyəm”.

Qeyd edək ki, oktyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticələrinə əsasən, Salome Zurabişvili 38,64%, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 37,74% səs toplayıb. Qonşu ölkədə dekabrın 2-dən gec olmayaraq prezident seçkilərinin ikinci turu keçiriləcək/Report.