XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

31 Oktyabr 2018 - 16:22

Nazir:"İran Rusiya üzərindən neft satmayacaq"

İran Rusiya üzərindən neft satmayacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İranın neft naziri Bijən Namidar Zəncənə deyib.

Bəzi mənbələr İranın ABŞ-ın sanksiyaları ilə əlaqədar Rusiya ilə gizli razılığa gəldiyini iddia edirdilər. Bu razılaşmaya görə, İranın öz neftini Xəzər dənizi ilə Rusiyaya nəql edəcəyi, sonra isə həmin nefti beynəlxalq bazarda Rusiya nefti kimi satacağı bildirilirdi.

Nazir, həmçinin bildirib ki, Tehran Enerji Birjasında indiyədək 280 min barrel neft satılıb.

Qeyd edək ki, İran ötən günlərdə öz neftini ilk dəfə enerji birjasında satışa çıxarıb.

Xatırladaq ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.