Prezident İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyadan olan həmsədr İqor Popovu, Fransadan olan həmsədr Stefan Viskontini və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.