XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2018 - 15:48

“Əmək pensiyaları 14.2 manat qalxacaq, yaşayış minimumu isə 149 manat olacaq”Hesablama Palatasından rəy

Azərbaycan üzrə 2019-cu ilin sonuna əmək pensiyaçılarının sayının 1 286 700 nəfər olacağı proqnozlaşdırılır.

Bu, “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb.

Belə ki, 2018-ci ilin proqnozu üzrə əmək pensiyaçılarının sayı 1 301 800 nəfər olub. Bu da onu göstərir ki, gələn il əmək pensiyaçılarının sayı 15 100 nəfər azalacaq: “Göstəricilərdə əmək pensiyaçılarının yaşayış minimumunun gələn il 149 manat olacağı nəzərdə tutulub ki, bu da 2017-ci il üzrə müvafiq göstəricidən 18.8 manat və ya 14.4 faiz, 2018-ci il üzrə müvafiq göstəricidən (144 manat) 5 manat və ya 3.5 faiz çoxdur.

Orta aylıq pensiya məbləğinin gələn il 241 manat olacağı nəzərdə tutulub ki, bu da 2018-ci il üzrə müvafiq göstəricidən 14.2 manat və ya 6.3 faiz çoxdur”.

Report