Rusiya Mərkəzi Bankı ölkədə yaranan dərin iqtisadi böhranla vətəndaşlara xəbərdarlıq edib.
Strateq.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Mərkəzi Bank sədrinin köməkçisi Sergey Şvetsov müraciətində ruslara televizor, paltaryuyan maşın və digər bu kimi texniki avadanlıqlara pul xərcləməməyi tövsiyə edib:
"Xərclərinizi dəqiq aparın. Artıq israflara yol verməyin. Ciddi ehtiyac və zərurət yoxdursa, televizor, paltaryuyan və bu kimi avadanlıqlara pul xərcləməyin. Çünki hazırda elə bir vəziyyət yaranıb ki, hər kəs işini itirmək təhlükəsi ilə üz-üzədir. Bu üzdən xərcləməmək, qazancınızdan "dar gün" üçün saxlamağınız çox vacibdir".
Strateq.az