XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 19:45

Yanukoviçin 6 milyonluq yaxtası Türkiyədə üzə çıxdı- Prezident yaxtasında 1 günlük gəzinti 9 min avrodur

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ailəsinə məxsus BANDIDO yaxtası Türkiyə sahillərində üzə çıxıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, dəbdəbəli yaxta sahibinə böyük qazanc gətirir. Yaxta Yanukoviçin oğlunun xüsusi sifarişi ilə hazırlanıb və qiyməti 6 milyon avrodur. 

Yanukoviçin prezidentliyi dövründə yaxta Krımda idi və sonradan qəfildən radarlardan itmişdi. İndi Türkiyə sahillərində olan bu yaxtanı istənilən adam icarəyə götürə bilər. Beynəlxalq çarter şirkətləri prezident yaxtasında gəzintilər təklif edir.

Yanukoviçin yaxtasında gəzməyin bir günü 9 min, bir həftəsi 40 min avrodur. Ukrayna mətbuatı hesab edir ki, Ukrayna Pokurorluğunun bu yaxtaya bu günə qədər həbs qoymaması təəccüb doğurur.