XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2018 - 12:42

ABŞ-İran rəqabətinin regional riskləri –Beynəlxalq Böhran Qrupu nə proqnozlaşdırır?

Noyabrın 5-dən Birləşmiş Ştatlar İranın bank və enerji sektorlarına sanksiyaları bərpa edir və Tehrana maksimum təzyiq göstərməyə çalışır. Prezident Donald Tramp mayda İranla 2015-ci il nüvə sazişindən çıxdığını, sanksiyaların bərpa olunduğunu bəyan edib.

Beynəlxalq Böhran Qrupunun vebsaytında Naysan Rafati iki ölkə arasındakı gərginliyin dərinləşməsinin regiona təsirsiz ötüşməyəcəyini yazır.

Hazırda nə Vaşinqton, nə də Tehran bir-birini birbaşa hərbi müstəviyə çəkməyə çalışır. Ancaq regionda ABŞ-İran ədavətinin qızışdırdığı saysız qaynar nöqtələr var, Fars Körfəzindən tutmuş Aralıq dənizi regionuna qədər… Bəzi ən pis ssenarilərin qarşısı alınıb, məsələn, Suriya rejiminin ölkənin cənub-qərbinə nəzarəti ələ alması İsrail-İran qarşıdurmasına çevrilmədi. Amma gələn aylar ərzində narahatlıq doğuran mənbələr az deyil”, – müəllif vurğulayır.

Birinci ssenari tərəflərin tədrici eskalasiyaya getməsidir.

Ancaq ikinci halda yerli oyunçuların hərəkətləri onları dəstəkləyənləri qəsdən, yaxud bilməyərəkdən toqquşmaya sürükləyə bilər. Axı, Birləşmiş Ştatların regiondakı müttəfiqləri İrana qarşı öz kampaniyalarını aparırlar. Səudiyyə Ərəbistanı Yəməndə şiəməzhəb husi yaraqlılarla savaşır. İsrailsə Tehranın Suriyada möhkəmlənməsi səylərinə qarşı çıxır. Müəllif qeyd edir ki, İranın dəstəklədiyi qüvvələrlə ABŞ müttəfiqləri arasında gələcək ədavət heç bir tərəfin istəmədiyi eskalasiyaya yol aça bilər.

Ola bilsin, Vaşinqton ümid edir ki, təzyiq kampaniyası İslam Respublikasında çat yaradacaq. Amma risk ondadır ki, onların qarşıdurması regiondakı çatı daha da dərinləşdirə bilər, – məqalədə deyilir.

(Azadlıq radiosu)