XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Noyabr 2018 - 14:40

Lavrov Paşinyanı gözləyir:“Qarabağla bağlı ciddi razılaşma çətin ki, mümkün olsun”

 Ermənistanda siyasi vəziyyət sabitləşənədək Dağlıq Qarabağ məsələsinin nizamlanması ilə bağlı ciddi razılaşma çətin ki mümkün olsun”.

Trend-in məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri vəzifələrini icra edən Nikol Paşinyan arasında Düşənbədə keçirilmiş söhbət zamanı əldə edilmiş razılaşma ondan ibarət idi ki, əlaqələri davam etdirmək lazımdır, xarici işlər nazirləri görüşləri davam etdirəcəklər və Ermənistanla Azərbaycan ATƏT Minsk qrupunun həmsədrləri ilə işləməyə hazırdır. Biz bu razılaşmanı alqışlayırıq”.

S.Lavrov əlavə edib: “Hələ ki, daxili siyasi proseslər başa çatmayıb, çətin ki, bu böhrandan çıxış üşün konkret variantlar nəzərdən keçirilsin”.