XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2018 - 18:23

Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv edib –Prezidentlər razılaşdı

Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv ediblər.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı razılıq noyabrın 1-də Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığında əldə olunub

Qeyd edək ki, ABŞ vətəndaşı, keşiş Endryu Bransona qarşı cinayət işi ilə əlaqədar Ağ Ev avqust ayında Türkiyənin ədliyyə naziri Əbdülhəmit Gül və daxili işlər naziri Süleyman Soyluya sanksiya tətbiq etmişdi. Türkiyə tərəfi də buna cavab olaraq ABŞ-ın daxili işlər naziri Rayan Zinke və ədliyyə naziri Ceff Seşins barədə oxşar addım atmışdı.