XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Noyabr 2018 - 11:16

XİN:"İranın sanksiyalarla bağlı heç bir narahatlığı yoxdur"

İranın sanksiyalarla bağlı heç bir narahatlığı yoxdur.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Bəhram Qasımi deyib.

“ABŞ-ın İran xalqına qarşı hər hansı bir tədbir həyata keçirmək qabiliyyəti yoxdur. İran Birləşmiş Ştatların sanksiyaları fonunda öz iqtisadiyyatını idarə edəcək gücünə malikdir”, – deyə o bildirib.

Xatırladaq ki, dünən ABŞ-ın dövlət katibi Mayk Pompeo İran neftinə dair sanksiyaların bazar ertəsi elan ediləcəyini deyib. Onun sözlərinə görə, 8 ölkəyə İrana qarşı tətbiq olunacaq sanksiyalardan güzəştə gediləcək: “İranın neft ixracının 1 milyon barrel azalacağını gözləyirik”.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin isə deyib ki, İrana qarşı sanksiyalar bazar günü gecə saat 23:59-dan qüvvədə olacaq.

Xatırladaq ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.