XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

04 Noyabr 2018 - 16:01

“The Sunday Times”:"Tereza Mey Aİ-nin "Brexit"lə bağlı güzəşt etməsinə nail olub"

Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqının (Aİ) Şimali İrlandiya ilə ciddi sərhəd olmadan bütün Krallığı Aİ-nin gömrük birliyində saxlamağa imkan verən güzəştinə nail olub.

Bu barədə öz mənbələrinə istinadən “The Sunday Times” qəzeti yazıb.

Aİ-nin “Brexit”lə bağlı baş elçisinin köməkçisi Mişel Barnyenin sözlərinə görə, Avropa İttifaqı malların normativ yoxlanışının sərhəddə deyil, fabrik və mağazalarda aparılmasına razılıq verib.

Qəzet yazır ki, Meyin planına görə, “Brexit” müqaviləsi avropalı skeptikləri Birləşmiş Krallığın yalnız müvəqqəti olaraq gömrük ittifaqında qalacağına razı salmaq üçün nəzərdə tutulmuş “çıxış bəndi” daxil ediləcək/Report.