XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2018 - 16:35

Fazil Məmmədova məxsus obyektlərdə təftiş –4 gündür yoxlama aparılır

Eks-vergilər naziri Fazil Məmmədova məxsus obyektlərdə yoxlamalar aparılır.

Modern.az-a daxil olan məlumata görə, hazırda Türkiyədə müalicə alan sabiq nazirin Gəncədəki obyektlərində 4 gündür təftiş aparılır.

Xüsusilə F.Məmmədova məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı olduğu bildirilir. Güman olunur ki, F.Məmmədov özü rəhbər vəzifədə olarkən, xəstəxanasının külli miqdarda vergidən yayınmasına yol verib.

Qeyd edək ki, F.Məmmədov Türkiyəyə aparılmamışdan əvvəl Gəncə Beynəlxalq Xəstəxanasında müalicə alıb.  F.Məmmədov hazırda Türkiyədəki “American Hastanesi”ndə müalicə alır.