Azərbaycanlı iş adamı Rauf İsmayılov Türkiyə futbol liqasının 2-ci divizyonunda çıxış edən “Darıca Gənclərbirliyi” klubunu satın alıb.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.
Bildirilib ki, qarşıdakı həftədə bu alqı-satqı ilə bağlı mətbuat konfransı keçiriləcək və orada bütün detallar açıqlanacaq.