XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2018 - 17:40

Fələstin diplomatları Bakıya toplaşdı-"Məmmədyarov: "Hər zaman Fələstin xalqının yanındayıq"

Azərbaycan “Fələstin Dövlətinin Asiya ölkələrindəki Səfirlərinin Konfransı”na ev sahibliyi edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə iştirak üçün Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki, Fələstin xarici işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri-Nazir Mouin Elias Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri, Fələstin Xarici İşlər Nazirliyinin diplomatları Bakıya gəlib.

Konfransda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Fələstin tərəfinin müraciəti əsasında Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına ev sahibi qismində çıxış edir.

Biz qardaş Fələstin xalqının sülh, sabitlik və dayanıqlı inkişafa nail olmaq yolunda mübarizəsini davamlı olaraq dəstəkləyirik. Azərbaycan Fələstin məsələsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini davamlı olaraq dəstəkləyir”, o qeyd edib.

Məmmədyarov Azərbaycanın Fələstin xalqının çətin günlərində hər zaman yanında olduğunu və islam həmrəyliyinə sadiq qaldığını xatırladıb.

“Azərbaycan BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə cari ilin oktyabrında 200 min ABŞ dolları məbləğində yardım edib”, o qeyd edib.