XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Noyabr 2018 - 13:36

Makron yeni ordu yaratmaq istəyir:"Özünü ABŞ olmadan da qoruya bilən Avropaya sahib olmalıyıq"

“Əsl ümumavropa ordusu yaratmaq qərarına gəlməsək, avropalıları qoruya bilməyəcəyik. Özünü təkbaşına, ABŞ olmadan da qoruya bilən Avropaya sahib olmalıyıq”.

“RİA Novosti” xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “Europe 1” radiostansiyasının efirində deyib.

Fransa Prezidenti qeyd edib ki, hazırda Avropa daxili demokratik proseslərinə və kiberməkanına müdaxilə edilməsi ilə əlaqədar bir çox cəhdlərlə üzləşir: “Ona görə də ABŞ, Rusiya və Çindən qorunmaq üçün Avropanın özünün kiber ordusu olmalıdır. Biz qorunmalıyıq!”.

Report