XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2018 - 14:57

“…Bu problemi də arxada qoyacağıq” –Rəsmi Tehrandan Rusiya, Çin və Avropaya mesaj

“İran Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini başda olmaqla, üç Avropa ölkəsinin xarici işlər və maliyyə nazirlərinin müştərək bəyanatını müsbət qarşılayır”.

Bu barədə İran Xarici İşlər Nazirliyinin ABŞ-ın birtərəfli şəkildə embarqo tətbiq etməsi ilə bağlı yayımladığı rəsmi bəyanatda qeyd olunur.

Bəyanatda, həmçinin Rusiya və Çin dövlətlərinin ABŞ-ın qanunsuz hərəkətlərinə qarşı bəyanatları və onların İranla maliyyə kanallarını qorumaq, eləcə də neft və qaz ixracatını davam etdirmək barədə öhdəlikləri doğru addım hesab edilir: “İranın iqtisadi mənafeyini təmin etmək üçün bu ölkələrin öhdəliklərinin icrası sahəsində əldə olunan uğurlar diqqət mərkəzindədir. Bu gün İran regional və beynəlxalq sferada güclü və məsuliyyətini dərk edən bir oyunçu kimi çoxtərəfli əməkdaşlığa inanan digər ölkələrlə birgə qarşılıqlı hörmət prinsipinə söykənır. Qətiyyətlə inanırıq ki, İran dost ölkələrlə əməkdaşlığa, həmçinin özünün daxili potensialı və beynəlxalq gücünə arxalanaraq bu problemi də arxada qoyacaq”.

Trend