XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

17 Fevral 2016 - 10:38

Obama:"Tramp prezident ola bilməyəcək"

 

«Donald Tramp Birləşmiş Ştatların prezidenti ola bilməyəcək».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama deyib.

Obama bildirib ki, Trampın prezident seçilmək şansı yoxdur və o, bu məsələdə Amerika xalqına inanır:

«Amerikalılar başa düşür ki, prezident postunu tutmaq tok-şou və ya realiti-şou aparmaq deyil. Nə də marketinq deyil. Olduqca ciddi işdir».  

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri bu il noyabrın 8-də keçiriləcək. Hazırkı nəticələrə görə, demokratlar arasında liderlik Hillari Klintonda, respublikaçılar arasında isə Donald Trampdadır.