XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2018 - 17:22

Azərbaycan MN:"Ermənistan Müdafiə Nazirliyi ilə aramızda heç bir əlaqə mövcud deyil"

“Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan Müdafiə Nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Düşənbədəki danışıqlara əsasən cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib: “Amma bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil”.

Qeyd edək ki, Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayan bildirib ki, Azərbaycanla Ermənistanın Müdafiə nazirlikləri arasında əlaqə yaradılıb/Report.