“Donald Trampdan öncəkilər də işə İrana meydan oxumaqla başladı”.
Bu sözləri İran Xarici İşlər naziri Cavad Zərif deyib.
“Prezident Administrasiyasında təcrübə qazananlar İran həqiqətini qəbul etməyə başladılar. Mənim adım Cavad Zərifdir, bu da İranın ABŞ-a mesajıdır”, – deyə nazir bildirib.
Qeyd edək ki, dünəndən etibarən ABŞ İrana qarşı sanksiyalar tətbiq etməyə başlayıb/Axar.az.