XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Noyabr 2018 - 08:40

MDB-də neftdən ən az pay azərbaycanlılara çatır –Qubad İbadoğlu maraqlı statistika açıqladı

İqtisadçı ekspert Qubad İbadoğlu keçmiş SSRİ-nin neft və qazla zəngin olan 3 ölkəsində 2019-cu il üçün proqnozlaşdırılan büdcə gəlirləri və onun adambaşına bölgüsü ilə bağlı maraqlı statistik məlumat paylaşıb. 

Strateq.az xəbər verir ki, gəlirlər və onun bölgüsü aşağıdakı kimidir:

Rusiya  – büdcə gəlirləri 296 mlrd dollar, hər adama – 2050 $

Qazaxıstan – büdcə gəlirləri 31,5 mlrd. dollar, hər adama –1711$

Azərbaycan büdcə gəlirləri 13,5 mlrd. dollar, hər adama – 1377$

Q.İbadoğlu daha sonra qeyd edir ki, Azərbaycanda növbəti il üçün proqnozlaşdırılan büdcə gəlirlərində neft sektorundan daxilolmalar 59,8 faiz təşkil edir: “Odur ki, gələn il üçün 5,4 milyard dollarlıq qeyri-neft büdcəsi gözlənilir. Müqayisə üçün onu da əlavə edim ki, 2019-cu ildə Gürcüstanın qeyri-neft büdcəsi hər adama – 1000 dollar, Azərbaycanın qeyri-neft büdcəsi hər adama – 551 dollar təşkil edəcək”.

Strateq.az