XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

07 Noyabr 2018 - 13:52

Türkiyəyə aparılan 105 kq heroin sərhəddə tutuldu –Naxçıvan gömrükçülərindən sensasiyalı əməliyyat (Fotolar)

Naxçıvan Muxtar Respublikasında külli miqdarda narkotik vasitənin tutulduğu açıqlanıb.

Strateq.az xəbər verir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) noyabrın 7-də yaydığı məlumata görə, narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının Culfa gömrük-sərhəd buraxılış məntəqəsində qeydə alınıb.

«Türkiyə vətəndaşı Bəkir Koroğlunun idarə etdiyi 79 EE 567 dövlət nömrə nişanlı «Renault» markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub. 79 AA 509 nömrə nişanlı qoşqunun şübhəli hissəsinə 104 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 105.4 kq narkotik vasitə – heroin aşkar edilərək götürülüb», – məlumatda yazılıb.

DGK bildirir ki, narkotik yüklü avtonəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedəcəyi müəyyən olunub.

«Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni Naxçıvan üzərindən Türkiyəyə keçirməklə İstanbul şəhərinə aparacağını deyib. Faktla bağlı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açılıb», – məlumatda yazılıb.

İttiham təsdiqini taparsa, ona əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək həbs cəzası verilə bilər.