XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Noyabr 2018 - 18:28

Prezident İlham Əliyevdən İsmayıllı ilə bağlı sərəncam –Basqalda məktəb tikiləcək

Prezident İlham Əliyev bu gün “İsmayıllı rayonunun Basqal qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, İsmayıllı rayonunun Basqal qəsəbəsində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.