XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

17 Fevral 2016 - 12:47

Prezident İlham Əliyev Gəncədə! –İmamzadənın açılışı oldu

Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri başlayıb.

Strateq.az ANS-ə istinadən xəbər verir ki, dövlət başçısı bu gün İmamzadə Ziyarətgah Kompleksinin təmirdən sonra baş tutan açılış mərasimində iştirak edib. İ.Əliyev şəhər ictimaiyyəti qarşısında çıxış edib.

Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki İmamzadə kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayırmışdı.

Prezidentin regiona səfəri ötən gün başlayıb. İ.Əliyev ilk olaraq Tovuz rayonunda olub. O, bir sıra obyektlərin, o cümlədən Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun, 7 saylı körpələr evi-uşaq bağçasının, Tovuzçay su anbarının açılışlarında iştirak edib, rayon ictimaiyyəti qarşısında çıxış edib.