XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

17 Fevral 2016 - 14:37

Xidmət rəisi yeni qurum yaratdı,generalı yüksək vəzifəyə təyin etdi

Firudin-Nebiyev-4

 

Dövlət Miqrasiya Xidməti rəisi Firudin Nəbiyevin əmri ilə Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.

Strateq.az xidmətə istinadən xəbər verir ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Apellyasiya Şurasına Xidmət rəisinin müavini, general Pərviz Musayev sədr təyin edilib.

 

 

Bundan başqa, yeddi nəfərdən ibarət olan Şuranın tərkibinə Xidmətin struktur bölmələrinin məsul vəzifəli əməkdaşları daxildir. Apellyasiya Şurasının Katibliyinin rəhbəri və tərkibi də təsdiq edilib:

–   Qəhrəmanov Vahid Vaqif oğlu – Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi;

–   Abdullayev İsmayıl Əli oğlu – Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi;

–   Alıyev Siyasət İdris oğlu – Təşkilat-nəzarət baş idarəsinin rəis müavini;

–   Səfərov Rövşən Elxan oğlu – Miqrasiya nəzarəti baş idarəsinin rəis müavini;

–   Hüseynov Cəmil Xalid oğlu – Vətəndaşlıq məsələləri baş idarəsi, Vətəndaşlıq məsələlərinin araşdırılması idarəsinin rəisi;

–   İsmayılov Nadir Kamil oğlu – İctimaiyyətlə əlaqələr idarəsinin rəisi.

Apellyasiya Şurasının Katibliyinin tərkibi:

–   Süleymanzadə Lalə Rəfail qızı – Təşkilat-nəzarət baş idarəsi, Nəzarət idarəsinin baş inspektoru;

–   Əliyev Zamir Ramiz oğlu – Katiblik, Məxfi hissənin (bölmə səlahiyyətli)  inspektoru.