XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2018 - 13:01

İran Rusiya və Səudiyyə Ərəbistanını günahlandırır- Neftin qiymətinin ucuzlaşmasına görə

Rəsmi Tehran neftin qiymətinin ucuzlaşmasına görə Rusiya və Səudiyyə Ərəbistanını günahlandırır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İranın Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili Rusiya ilə Səudiyyə Ərəbistanının neft istehsalını artırdığını və bunun da “qara qızıl”ın qiymətinin bir barrel üçün 15 dollar ucuzlaşmasına səbəb olduğunu deyib.

O, neft tədarükünün artmasının qiyməti ucuzlaşdırdığını, bu vəziyyətin digər istehsalçılara mənfi təsir edəcəyini, Rusiya və Səudiyyə Ərəbistanının istehsalı azaltmasının vacibliyini bildirib.

Qeyd edək ki, “Brent” markalı neftin bir barrelinin qiyməti ABŞ-ın İrana qarşı sanksiyalarda səkkiz ölkəyə güzəştə getməsi, eləcə də Səudiyyə Ərəbistanı, Rusiya və Birləşmiş Ştatlarda hasilatın artması fonunda son 8 ayın minimumuna düşüb.