XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2018 - 20:49

Zamirə Hacıyeva Britaniya məhkəməsində ifadə verdi:"Ərim 2009-cu ildə kifayət qədər zəngin insan olub"

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Böyük Britaniyanın Ali Məhkəməsində ifadə verib.

Trend-in məlumatına görə, Z.Hacıyeva ifadəsində bildirib: “Mənim ərim 2009-cu ildə kifayət qədər zəngin insan olub. 1997-ci ildə biz evlənən zaman o, çox imkanlı idi, kapitalı isə 1990-cı illərin əvvəllərindən artırdı. Əmlakın alınmasına gəldikdə, bu, ərim tərəfindən həyata keçirilib. Daşınmaz əmlakın, bizim ailə evimizin alınması üçün edilən ödənişlər, onların mənbələri və hər hansı digər detallar barədə mənim məlumatım olmayıb”.