XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Noyabr 2018 - 22:07

Xaşuqcinin son sözləri məlum oldu:"Boğuluram, başımdan bu çuvalı çıxarın..."

Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Xaşuqcinin həyatının son dəqiqələrində dedikləri məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə materialı “Əl-Cəzirə” telekanalına Türkiyənin “Daily Sabah” qəzetinin müxbiri Nazif Karaman ötürüb.

Audioyazıdan bəlli olur ki, Xaşuqci həyatının son dəqiqələrində “Boğuluram… Bu çuvalı başımdan çıxarın, klaustrofobiyam var” sözləri deyir.

Karaman bildirib ki, jurnalistin qətli 7 dəqiqə davam edib. Onun sözlərinə görə, tezliklə “Daily Sabah” sözügedən audioyazıdan parçaları yayacaq.

Qeyd edək ki, Xaşuqcı oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib. Saat 13.14-də binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb.