XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2018 - 11:27

Demokratlar “Rusiya istintaqı”nı qorumağa çalışırlar –Yeni prokurorun qarşısını kəsmək üçün qanun qəbul oluna bilər

Demokratların aparıcı üzvü deyir ki, partiyası “Rusiya istintaqı”nı qorumağı nəzərdə tutan qanun layihəsini Konqresə təqdim etməyə hazırlaşır. Hazırda ABŞ-da xüsusi prokuror Robert Müller Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda prezident seçkisinə müdaxiləsi iddialarını və Prezident Donald Trampın seçki kampaniyasıyla mümkün əlbirlik cəhdlərini araşdırır.

Noyabrın 11-də CNN-ə müsahibəsində Senatda azlığın lideri Çuk Skumer deyib ki, partiyası vacib qanunun qəbulunu Müllerin qorunması ilə şərtləndirə bilər. Demokratlar baş prokuror əvəzi Matt Vaytakerin özünü bu istintaqdan ayrı tutmasını tələb edirlər. ​“Onun yerində qalması konstitusiya böhranı yaradacaq, ya Müllerə əngəl törədəcək, ya da onu işdən çıxaracaq. Konqres hərəkətə keçməlidir. Biz, Nümayəndələr Palatası və Senatdakı demokratlar bu halda qəbulu vacib sayılan xərcləmələr üzrə qanuna bir layihə əlavə edəcəyik, həmin sənəd cənab Vaytakerin Müllerin istintaqını əngəlləməsini önləyəcək”, – Skumer deyib.

Vaytaker indiyədək xüsusi prokurorun apardığı istintaqı açıq şəkildə tənqid edib. Tənqidçilər onu özünü istintaqdan kənar tutmağa çağırıblar. Keçmiş baş prokuror Cef Sessionsun dövründə istintaqa baş prokurorun müavini Rod Rosenstein nəzarət edirdi.

Vaytaker Sessionsun işlər idarəsinin rəhbəri idi və Tramp ötən həftə onu müvəqqəti olaraq bu vəzifəyə təyin edib. Amma Tramp sözügedən istintaqı Vaytakerlə onun təyinatından öncə müzakirə etmədiyini söyləyib.

Tramp dəfələrlə Rusiya istintaqını “əcinnə ovu” adlandırıb, Sessionsun onu cilovlamaq üçün tədbir görməməsindən gileylənib.

Noyabrın 11-də CNN-ə danışan respublikaçı senator Lindsey Qraham deyib ki, Vaytakerin Müllerə heç bir siyasi təzyiq göstərməyəcəyindən, ona yaxşı və qəti nəticəyə gəlməyə imkan verəcəyindən əmindir.

(Azadlıq radiosu)