XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Noyabr 2018 - 21:14

İran ordusundan ABŞ-a xəbərdarlıq:"Hərbi qüvvələrimiz neft tankerlərini qorumağa tam hazırdır"

İran ordusu neft tankerlərini qorumağa tam hazır vəziyyətə gətirilib.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, bu barədə ordunun səlahiyyətli nümayəndəsi Mahmud Musevi bəyanat verib.

O, bildiirb ki, İranın neft tankerlərinə qarşı istənilən təhdidinə ordu hazırdır: “İran hərbi qüvvələri keçmişdə olduğu kimi, bu gün də neft tankerlərimizə qarşı təhdid ehtimalına qarşı tam hazır vəziyyətdədir. Ordumuz ehtiyac yarandığı təqdirdə, dəniz yolunda da tankerlərimizi qorumağa qadirdir”.