XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2018 - 18:45

Prezident daha bir komissiyanın tərkibində dəyişiklik etdi –Nazir Muxtar Babayevə yeni vəzifə verildi

Prezident İlham Əliyev bu gün daha bir sərəncam verib.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibi aşağıdakı tərkibdə formalaşdırılıb:

“Dövlət Komissiyasının sədri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Dövlət Komissiyasının üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti

Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.”.

Xarici İşlər Nazirliyinə bu sərəncamın birinci hissəsi ilə edilən dəyişiklik barədə Yaponiya tərəfinə bildiriş göndərmək tapşırılıb.