XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2018 - 09:40

Rusiyada oliqarxlara qarşı sensasiyalı qərar –Dövlət banklarda istifadəsiz qalan milyardları müsadirə edə bilər

Rusiya parlamentinin vəzifəli rəsmisi deyib ki, millət vəkilləri dövlətə fərdi bank hesablarındakı əmanətləri götürmək səlahiyyəti verən qanunu müzakirə edirlər.

Dövlət Duması Maliyyə Bazarları Komitəsinin sədri Anatoli Aksakov noyabrın 13-də bunu da bildirib ki, ekspertlər qrupu bu məsələnin öyrənilməsi ilə məşğuldur. Onun sözlərinə görə dövlət ayrı-ayrı fərdlərə məxsus olan, lakin istifadəsiz qalan qiymətli kağlızları və şirkət səhmlərini də müsadirə etmək hüququna malik olmalıdır.

Aksakovun dediyinə görə Rusiyadakı bank hesablarlında istifadə olunmayan və ya unudulmuş milyardlarla rubl var. Aksakov əlavə edib ki, bu məsələ hələlik başqa dövlət təsisatları ilə müzakirə olunmayıb və buna gələn ilin ilk rübündə baxılacaq.

Rusiya Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra üzərinə qoyulmuş Qərb sanksiyalarının altında vurnuxmaqdadır və büdcəni müxtəlif vasitələrlə doldurmağa çalışır. Kremlin layihəsi ilə pensiya yaşlarının qaldırılmasına dair ötən ay qəbul edilmiş qanun geniş etirazlara səbəb olub. (azadliq.org)