XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2018 - 15:44

ABŞ rəsmisi:“İran ildə Yaxın Şərqdə terrorçu qruplaşmalara bir milyard dollar xərcləyir”

“İran Yaxın Şərqdə terrorçu qruplaşmaların fəaliyyətini dəstəkləmək məqsədilə hər il bir milyard dollar xərcləyir”.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu ABŞ-ın terrorçuluğa qarşı mübarizə üzrə koodinatoru Neytan Seyls bildirib.

“İran ildə “Hizbullah”a 700 milyon dollara yaxın, Fələstindəki başqa terrorçu qruplaşmalara isə 100 milyon dollar xərcləyir. İranın Yaxın Şərqdəki terrorçulara ayrılan bütün vəsaitləri cəmləsək, bu rəqəm bir milyard dollar olacaq”, – deyə Neytan Seyls Vaşinqtonda Yaxın Şərq İnstitutundakı çıxışında vurğulayıb.

O qeyd edib ki, İran hakimiyyətinin terrorçuluğu dəstəkləmək planlarından imtina etdirmək üçün çox iş görülməlidir: “ABŞ-ın bunu təkbaşına edə bilməyəcəyini biz yaxşı bilirik. Ona görə də biz beynəlxaq tərəfdaşlarımızın İranın dəstəklədiyi terrora qarşı çıxmasında təkid edirik. Özəl sektor bu məsələdə səylərini artırmalıdır. Birbaşa deyirəm. Əgər İranla ticarət edirsizsə, deməli, siz terroru maliyyələşdirirsiz”.