XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

17 Fevral 2016 - 18:24

Ərdoğandan ABŞ-a ultimatum:"Ya Türkiyəni seçin, ya da..."

erdogan

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk ordusunun Suriyadakı kürd döyüşçülərin mövqelərinə zərbələri davam etdirəcəyini bildirib.

 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan Türkiyənin kürdlər tərəfindən açılan hər atəşə cavab verdiyini deyib: «Heç kim düşünməsin ki, geri addım atacağıq. Onlar tərəfdən gələn hər atəşə artıqlamasıyla cavab veriləcək».

 

Ərdoğan ABŞ-ı Türkiyə ilə Suriya kürdləri arasında seçim etməyə də çağırıb.

 

Xatırladaq ki, fevralın 14-də ABŞ Ankaranı  Hələb yaxınlığında kürd və suriyalı silahlıların mövqelərinə zərbələr endirməyə son qoymağa, diqqəti İŞİD-ə qarşı mübarizəyə yönəltməyə çağırmışdı.

 

Türkiyə baş naziri Əhməd Davudoğlu isə bu bəyanata cavab olaraq bildirib ki, kürd döyüşçüləri Azez və Təl-Rifaat şəhərlərini ələ keçirmişdi. Nazir onu da qeyd edib ki, Türkiyə Suriyanın Azez şəhərinin kürd döyüşçüləri tərəfindən işğal edilməsinə imkan verməyəcək.