XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2018 - 21:25

Gürcüstanda prezident seçkilərinin ikinci turu nə vaxt keçiriləcək? –Tarix elan olundu

Gürcüstanda Prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək.

Bu barədə qərar Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul olunub.

İclasda Prezident seçkilərinin birinci turunun nəticələrinə yekun vurulub. MSK sədri Tamar Jvania yekun protokolu imzalayıb.

Qeyd edək ki, qonşu ölkədə Prezident seçkilərinin birinci turu oktyabrın 28-də baş tutub. Seçkilərin ikinci turunda mübarizə Gürcüstanın hakim partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında aparılacaq/Report.