XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2018 - 13:12

Deputata yüksək vəzifə verildi –Mahir Abbaszadə Fond direktoru təyin olundu

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə yeni vəzifəyə təyin olunub.

Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə gətirilib.

Qeyd edək ki, Fondun direktoru Sabir Əhmədov idi. S.Əhmədov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsinə aparılıb.

Mahir Abbaszadə 27 oktyabr1 975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirib. 1997-ci ildə Güzdək Tikinti materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filalında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə “Zaminbank” ASC-nin “Gənclik” filalında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filalın müdiri işləyib.

Mahir Abbaszadə Yeni Azərbaycan Partiyasının üzvüdür. 1 noyabr2015-ci ildə121 saylı Laçın seçki dairəsindən beşinci çağırış üzrə Milli Məclisin deputatı seçilib.

Ailəlidir. İngilis, rus, türkdillərini bilir/Modern.az