XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2018 - 15:16

Xaşuqcinin qətli ilə bağlı həbs olunan 11 şübhəlidən 5-nin edamı tələb olundu –Prokuror tərəfindən

Səudiyyə Ərəbistanında Camal Xaşuqcinin qətli ilə bağlı cinayət işini aparan prokuror qətldə ittiham olunan 11 şübhəlidən 5-nin edamını istəyib.

Məlumatı Səudiyyə Ərəbistanının Baş Prokurorluğu yayıb.

Bildirilib ki, prokuror cinayətdə iştirak edən, qətl təlimatını verən şübhəlilərin edam olunmasını istəyib.

C.Xaşuqcinin meyitinin hissələrə parçalanaraq Konsulluqdan çıxarıldığı da vurğulanıb. Səudiyyə Ərəbistanına dönməsi üçün səylər baş tutmadığından jurnalistin öldürüldüyü bildirilib.

Qeyd edək ki, “Vaşinqton post” qəzenin əməkdaşı Camal .Xaşuqci bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

C..Xaşuqcini öldürmək üçün Türkiyəyə gələn 18 nəfərdən biri qısa müddətdən sonra telefon danışığında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: “Patronunuza söyləyin, adamlar işlərini bitirdilər”. 

Report