XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

17 Fevral 2016 - 20:14

Azərbaycanın xarici dövlət borcu nə qədərdir?- Maliyyə Nazirliyi açıqladı

dollar

 

Bu il yanvarın 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,894.3 milyon ABŞ dolları (10,751.0 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.8 faiz təşkil edib.

 

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

 

Borc vəsaitlərinin 58.6 faizi hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 32.9 faizi 10 ildən 20 ilədək olan müddətdə, 8.5 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

 

Yanvarın 1-nə xarici dövlət borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 8.8 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 66.3 faiz, avro – 20.4 faiz, yapon yeni – 2.5 faiz, Birləşmiş Ərəb Əmirlikləri dirhəmi – 0.8 faiz, İslam dinarı – 0.6 faiz, Səudiyyə rialı – 0.4 faiz, Küveyt dinarı – 0.2 faiz.

 

Əsasən, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.