XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2018 - 23:10

Fəthullah Gülən ABŞ-dan ekstradisiya olunur –Trampın planı

Ağ Ev Fəthullah Gülənin ABŞ-dan ekstradisiyasının yollarını öyrənir.

“TASS” xəbər verir ki,  bu barədə “NBC” telekanalına hökümətdəki mənbələr bildirib.

Məlumata əsasən, prezident Donald Trampın administrasiyası ümid edir ki, F.Gülənin ekstradisiyası Türkiyə ilə ABŞ-ın münasibətlərini yaxşılaşdırmağa kömək edəcək.

Beləlilə, Vaşinqton İstanbulda səudiyyəli jurnalist Camal Xaşuqcinin ölümü ilə əlaqədar Səudiyyə Ərəbistanı ilə diplomatik qarşıdurmada Türkiyə rəhbərliyinin daha mülayim mövqe tutacağına ümid edir.

“NBC”nin məlumatına görə, Ağ Ev Gülənin ABŞ ərazisindən “ləğv” edilməsinin imkanlarını öyrənmək üçün müxtəlif idarələrə müraciət edib/Trend.