XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Noyabr 2018 - 12:51

Ermənistan “Qazprom”u vergidən yayınmaqda ittiham edir –Rusiya nəhəngi ilə Yerevan arasında gərginlik başlayıb

Ermənistan hakimiyyəti ölkənin milli qaz paylayıcı şirkətini milyonlarla dollarlıq vergidən yayınmada ittiham edir. Bu şirkət Rusiyanın “Qazprom” nəhənginə məxsusdur.

Noyabrın 14-də Dövlət Gəlir Komitəsi (DGK) “Qazprom Ermənistan” adlı operatora qarşı təhqiqata başlayıb. Komitə bildirib ki, şirkət 2016-2017-ci illərdə xərclərini şişirdib, gəlirlərini az göstərib. Nəticədə “bir neçə milyard dram”lıq verginin ödənmədini bildirilir. “Qazprom” Ermənistanın heç bir rəsmisinə hələlik, ittiham irəli sürülməyib.

DGK-nın istintaq bölümünün rəhbəri Eduard Hovannisyan noyabrın 15-də “Azadlıq” radiosunadeyib ki, vergi müfəttişləri hələ də iddia olunan vergidən yayınmanın miqyasını müəyyənləşdirirlər. “Cinayət təhqiqatı hələ təzə başlayıb”, – o söyləyib.

“Qazprom” Ermənistan isə ittihamları rədd edib. “Onların əsassız olduğunu deyirəm”, – şirkətin rəhbəri Hrant Tadevosyan mətbuat konfransında bildirib. “Şirkətimiz dəfələrlə DGK-nın qanuna əməl edən vergiödəyicisi sertifikatını alıb, sonuncu elə sentyabrda verilib”, – o vurğulayıb.

Tadevosyan Ermənistanın vergi və gömrük orqanlarını şirkətin biznes nüfuzunu sarsıtmaqda suçlayıb. O iddia edib ki, bu cinayət işi Gazprom Ermənistanın Rusiyanın bir kommersiya bankından bir neçə milyon dollarlıq kredit almaq planları ətrafında ciddi suallar yaradıb.

Bu cinayət işinin açıldığı bir dönəmdə Ermənistan hökuməti “Qazprom”la Ermənistana göndərilən Rusiya təbii qazının qiyməti üzrə danışıqlar aparır. Sonuncu qaz razılaşmasında hər min kubmetrə görə 150 dollar nəzərdə tutulub, amma bu sazişin müddəti dekabrda bitir.

Hökumət ümid edir ki, “Qazprom” ya qiyməti salacaq, ya da onu dəyişməyəcək. Ancaq indiyədək Rusiyanın qaz inhisarçısı niyyətləri barədə bir söz deməyib.

(Azadlıq radiosu)