XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2018 - 16:52

Camal Xaşuqci üçün qiyabi namaz qılınıb –Mədinədə

Strateq.az xəbər verir ki, bu gün Mədinə şəhərində “Washington Post”-un mərhum əməkdaşı, jurnalist Camal Xaşuqci üçün qiyabi cənazə namazı qılınıb.

Cümə günü İslamın ikinci baş şəhərindəki Peyğəmbər Məscidində icra olunan namazda mərhumun oğlu Salah Xaşuqci də iştirak edib.

Salah Xaşuqci bu barədə “Tvitter” hesabı ilə məlumat yayıb.

Xaşuqci ailəsi bu gündən etibarən Bazar gününə qədər Ciddədəki iqamətgahında başsağlıqları qəbul edəcək.

Bundan başqa, mərhumla bağlı bu gün İstanbulda, “Fatih cami”də və Londonda, Finsböri Parkdakı məsciddə də oxşar mərasimlər keçirilib.