XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 November 2018 - 17:52

Culian Assanca qarşı ittihamlar irəli sürülür –Prokuror Müller indi də "VikiLeks" rəhbərini küncə sıxıb

Birləşmiş Ştatlar “VikiLeaks” saytının yaradıcısı Culian Assanca ittihamlar irəli sürüb. Məhkəmə sənədlərinə əsasən onun Rusiyanın ABŞ seçkilərin müdaxiləsi işi çərçivəsində ittiham olunduğunu söyləmək olar.

“The Washington Post” və digər xəbər orqanlarının noyabrın 16-da yazmasına görə, bu məsələ ABŞ-ın Virciniya ştatında Aleksandriya Dairə Məhkəməsində bir məhkəmə işi çərçivəsində üzə çıxıb. Bu işin Assanca aidiyyatı yoxdur.

Sənəddə prokuror müavini Kellen Dayer yazır ki, Assanja ittiham irəli sürülməsi artıq məxfi sayılmır. O, “Assanc həbs olunanadək ittihamların möhürlü qalmalı olduğunu” da qeyd edib. Prokurorlar bu sənədin səhvən üzə çıxdığını etiraf ediblər, amma sözügedən şəxsə həqiqətən də ittiham irəli sürüldüyünü, yoxsa söhbətin mümkün ittihamlardan getdiyini şərh etməyib.

“The Post” isə məsələylə tanış mənbələrə istinadla yazıb ki, Assanca rəsmi ittiham verilib, ancaq söhbətin hansı ittihamlardan getdiyi bəlli deyil.mi ittiham irəli sürdüyünü təsdiqləyib, Ədliyyə Departamentinin “təsadüfən” möhürlü ittihamların mövcudluğunu açıqladığını bildirib.

45 yaşlı avstraliyalı Assanj Əfqanıstan və İraq müharibələrinə dair 500 minədək məxfi sənədin sızdırılmasına görə məhkəmə qarşısına çıxarıla bilər.

ABŞ-da Rusiyanın seçkiyə mümkün müdaxiləsi və Prezident Donald Trampın seçki kampaniyası ilə əlbirlik iddialarını araşdıran xüsusi prokuror Robert Müllerin  “VikiLeaks”la bağlı da təhqiqat aparır. Saytın 2016-cı ildə Demokrat Partiyası və onun namizədi Hillari Klintonun seçki kampaniyasından oğurlanmış on minlərlə emaili dərc etməsi öyrənilir. O zaman Trump “VikiLeaks”i oğurlanmış emailləri yayandan sonra onu tərifləmişdi.

ABŞ kəşfiyyat agentlikləri belə bir qənaətə gəliblər ki, emaillər Rusiya hökumətinə bağlı hakerlər tərəfindən ələ keçirilib, məqsəd Trampın kampaniyasına kömək etmək olub. Kreml bu işlə hansısa bağlılığı olmadığını deyir.

2017-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, indi isə dövlət katibi olan Mayk Pompeo “Vikileaks”ı Rusiyayla əlbir düşmən kəşfiyyat xidməti, Assancı isə dələduz adlandırmışdı.

Assanc 2012-cı ildən Ekvadorun Londondakı səfirliyində gizlənib. O, ilkin olaraq, iki qadının 2010-cu ildə səsləndirdiyi cinsi təcavüz və zorlama ittihamları ilə İsveçə ekstradisiya olunmaqdan yayınıb. İndi isə Britaniyanın özündə zaminə buraxılma şərtlərini pozduğuna görə həbs təhlükəsi olduğundan səfirlikdən çıxa bilmir.

(Azadlıq radiosu)