XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2018 - 16:42

ABŞ iki günə Xaşuqcinin qatilləri ilə bağlı yekun qərar verəcək –Tramp vəlihəd Məhəmməd bin Salmanın da adını çəkəcəkmi?

President Donald J. Trump signs an EO on Iran Sanctions in the Green Room at Trump National Golf Club Sunday, August 5, 2018, in Bedminster Township, New Jersey. (Official White House Photo by Shealah Craighead)

ABŞ yaxın 2 gündə jurnalist Camal Xaşuqcinin qətlində əli olanlarla bağlı yekun qərar açıqlanacaq. Bunu bunu ABŞ prezidenti Donald Tramp noyabrın 17-də Malubuda jurnalistlərlə deyib.

ABŞ Dövlət departamentinin sözçüsü Neyzə Nayret bu ərəfədə demişdi ki, ABŞ bütün gübahkarları məsuliyyətə cəlb etmək üçün işlə bağlı materialları araşdırır və bu məsələdə digər ölkələrlə də əməkdaşlıq edir. Amma Nayret qeyd edib ki, ABŞ eyni zamanda Səudiyyə Ərəbistanı ilə vacib strateji münasibətlərini qoruyub saxlayır.

ABŞ kəşfiyyatının rəsmiləri hesab edirlər ki, jurnalist Camal Xaşuqci ötən ay Türkiyədə Səudiyyə kralının varisi, şahzadə Məhəmməd bin Salmanın göstərişi ilə öldürülüb.

Bu barədə noyabrın 17-də “Vaşinqton Post”, AP və “Reuters” də daxil olmaqla digər kütləvi informasiya vasitələri (KİV) məlumat yayıblar

“Vaşinqton Post” bu məsələ ilə tanış olan şəxslərə istinadla yazıb ki, ABŞ xüsusi xidmətinin bu qənaəti, şahzadə Məhəmməd bin Salmanın qardaşı-bu ölkənin ABŞ-dakı səfiri Xalid bin Salmanla Xaşuqci arasındakı telefon söhbətinə əsaslanır. Amma səfir noyabrın 17-də özünün “Tvitter” səhifəsində belə bir söhbət olmadığını yazıb.

ABŞ administrasiyası bu məsələyə görəartıqötən həftə 17 Səudiyyə rəsmisinə qarşı sanksiya tətbiq edib. Xaşuqci Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fəqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı.”Vaşinqton Post” qəzeti ilə əməkdaşlıq edirdi.

O, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna sənəd almaq üçün gedibmiş. Onun səfirlikdə öldürülməsini sonradan Səudiyyə hökuməti də təsdiqlədi. Faktla bağlı 18 nəfərin saxlandığı bildirilir.

(Azadlıq radiosu)