XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 November 2018 - 00:31

Netanyahudan gözlənilməz bəyanat:“...müdafiə naziri vəzifəsinin icrasına başlayıram”

İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri postunu özündə saxladığını bəyan edib.

Assoşieyted Press” agentliyi xəbər verir ki, baş nazir bu haqda televiziya ilə müraciətində bildirib.

“Bu gün ilk dəfə müdafiə naziri vəzifəsinə başlayıram”, – Netanyahu deyib.

Onun sözlərinə görə, ölkə təhlükəsizlik baxımından ən çətin dövrlərdən birini yaşayır.

Xatırladaq ki, noyabrın 14-də Avigdor Liberman Müdafiə Nazirliyinin başçısı vəzifəsindən istefa verib. O, qərarını hökumətin Qəzza sektorunda Fələstin döyüşçülərinə qarşı döyüş əməliyyatlarını  dayandırmasıyla izah edib/Publika.az.