XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2018 - 15:08

Almaniya Səudiyyə Ərəbistanının 18 rəsmisinə sanksiya tətbiq edib –Ölkəyə gəlmək qadağan olunub

Jurnalist Camal Xaşuqcinin öldürülməsi ilə əlaqədar Səudiyyə Ərəbistanının 18 vəzifəli şəxsinin Almaniyaya səfəri qadağan edilib.

Bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas məlumat verib.

Bir müddət əvvəl Almaniyanın Kansleri Angela Merkel indiki şəraitdə Səudiyyə Ərəbistanına silah ixrac etmələrinin mümkün olmadığını bildirmişdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Xaşuqcinin cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib. Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Xaşuqci bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır. C.Xaşuqcini öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən biri qısa müddətdən sonra telefon danışğında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: “Patronunuza söyləyin, adamlar işlərini bitirdi”.

Bu arada “Vaşinqton post” qəzeti də jurnalistin öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman verdiyi barədə məlumat yaymışdı/Report.